Hədəfinə Doğru

Sənə daha bir «ən yaxşı 100 kitab» siyahısı lazım deyil

Sənin problemin hansı kitabların yaxşı olduğunu bilməmək deyil. Hansının sənə indi lazım olduğunu bilməməkdir.

İki saat danışırıq: hədəflərin, oxu və izləmə tarixçən, zövqün, məhdudiyyətlərin. Sonra mən sənin növbəti mərhələni qururam — dörd pillə, asandan çətinə, sürəti sən təyin edirsən.

Əvvəl 15 dəqiqəlik görüş. Uyğun deyilsənsə, pul ödəmədən özüm deyəcəyəm.

«Hədəfinə doğru kitablar» və «Hədəfinə doğru filmlər» cildləri iş masasının üstündə, yanında açıq mərhələ səhifəsi və hədəf qeydləri
30kitab
30film
4mərhələ
2çap cildi

İnkişaf etmək istəyini hər həftə yenidən planlamağa məcbur olmursan.

Sən hazırda haradasan?

  • Yeni işə keçirsən
  • Biznes qurursan
  • Karyeran dayanıb
  • İdarəetməyə keçirsən
  • Daha yaxşı düşünmək istəyirsən
  • Yeni bir mərhələyə girirsən

Kitablar bu suala görə seçilir. Məşhur olduqlarına görə yox.

İnternetdə «həyatını dəyişəcək 10 kitab», «30 yaşına qədər mütləq oxu» tipli siyahılar sonsuzdur. Onların heç biri sənin harada dayandığını bilmir.

«Mənim üçün həqiqətən fərdi ola bilər?»

Bu xidməti ilk dəfə bir nəfər üçün etdim. O, 250 kitab oxumuşdu — ona yeni kitab tapmaq problem deyildi, nəyi hansı ardıcıllıqla oxumaq problem idi.

250 kitaboxuduğu hər şey

  1. artıq oxuduqları çıxarıldı
  2. sevmədiyi janrlar çıxarıldı
  3. hədəfi ilə əlaqəsi olmayanlar çıxarıldı
  4. təkrarlanan mövzular çıxarıldı
  5. qalan istiqamətlər dörd mərhələyə bölündü

30 kitab + 30 filmonun növbəti mərhələsi

Seçilən 30 kitabın heç biri onun əvvəl oxuduğu kitab deyildi.

  • Random bir kitab oxumaq istəmirəm — hədəfimə xidmət eləsin.
  • O qədər eləmək istədiyim şey var ki, itib qalıram — yönümü itirirəm.

İlk işin kəşf görüşündən, onun öz sözləri ilə. Bu, müştəri rəyi deyil — söhbətin başladığı yerdir.

Kurasiya necə işləyir

«Biznes qurmaq istəyirəm, amma biznes kitablarını sevmirəm.»

Zəif cavab: 10 startap kitabı

romaninsan davranışıdanışıqlarqərarverməstrategiya

Sənin problemin biznes haqqında daha çox oxumaq deyil. Biznes düşüncəsini sənin oxuya bildiyin formada qurmaqdır.

Görüşdə hansı janrları sevmədiyini soruşuram. Quru biznes kitablarını sevmirsənsə, siyahıda bir dənə də olmayacaq — satış bacarığını roman içində alacaqsan.

Bir seçim necə görünür

1-ci mərhələ — Təməl

Kitab 01

Bunu niyə sənə seçdim?
Söhbətdə dediyin konkret çətinliyə bağlı izah — sənin işinə, sənin hədəfinə.
Nə qazanacaqsan?
Bu kitabdan sonra nəyi fərqli edə biləcəyin.
Niyə məhz indi?
Niyə bu mərhələdə, niyə özündən sonrakından əvvəl.
Nəyə diqqət et?
Kitabın hansı hissəsi sənin üçündür, hansını sürətlə keçə bilərsən.

Bu, formanın nümunəsidir. 60 seçimin — 30 kitab və 30 filmin — hər birinin yanında bu dörd cavab yazılır.

Kitab izah edir, film göstərir

30 film üstünə əlavə edilən bonus deyil. Eyni fikrin ikinci kanalıdır.

kitab: qərarverməfilm: həmin qərarın real insanda görünüşü

Ona görə kitab və film mövzuları qəsdən kəsişmir — paralel gedir. Film tərəfi istiqamətin bərpası üçündür, təkrar üçün yox.

Nə əldə edirsən

  • İki saatlıq kəşf görüşü

    Bakıda canlı. Şəhərdən kənardasansa və ya belə rahatdırsa — onlayn.

  • Oxu və izləmə tarixçənin təmizlənməsi

    Artıq oxuduğun və izlədiyin siyahıya düşmür.

  • 30 kitab və 30 film, dörd mərhələyə bölünmüş

    Asandan çətinə. Mövzular paralel gedir, bir mərhələdə yalnız bir tərəfin inkişaf etmir.

  • Hər seçim üçün «bunu niyə sənə seçdim?»

    60 fərdi izah — siyahı deyil, sənin adına yazılmış kurasiya sənədi.

  • Qeyd sahələri

    Bir il ərzində doldurduğun şəxsi oxu jurnalı.

  • İki çap olunmuş cild

    «Hədəfinə doğru kitablar» və «Hədəfinə doğru filmlər». Dizaynı və çapı mən edirəm — qiymətə daxildir.

Bir ildən sonra sənin əlində oxunmuş kitablar yox, öz şəxsi oxu arxivin olacaq.

İlk iş üçün hazırlanmış iki cildin qabığı — maket deyil, real çap. Böyütmək üçün toxun.

Cəmi iki saat. Sonrasında iş sənin yerinə görülür

  • Səni tanıyıram

    Nə istəyirsən, haradasan, nə dəyişməlidir.

  • Keçmişi təmizləyirik

    Nələri oxumusan, nələri izləmisən, nələr sənə işləməyib.

  • Məhdudiyyətləri müəyyənləşdiririk

    Nəyə vaxtın yoxdur, hansı janrları sevmirsən, nə səni yarıda qoyur.

  • Hədəfi xəritəyə çeviririk

    Növbəti mərhələdə hansı istiqamətlər inkişaf etməlidir.

Ondan əvvəl: təqvimdən 15 dəqiqəlik görüş seçirsən. Uyğun olduğumuza qərar versək, ödənişi edirsən. Ödənişdən dərhal sonra sənə yazılı təsdiq göndərirəm: nə daxildir, nə daxil deyil, müddət və zəmanət şərti. Sonra iki saatlıq kəşf görüşünün tarixini təyin edirik.

Sən görüşdən çıxırsan. Mən işləməyə başlayıram: kurasiya, 60 izah, səhifələmə, qabıq, çap. 10–14 gün.

Sonra iki cild əlinə keçir və necə istifadə edəcəyini birlikdə keçirik. Sonrası yoxdur — və bu, qəsdəndir.

Səndən həftədə 10 saat istəmirəm

Dörd mərhələ. Hər mərhələdə 7–8 kitab və 7–8 film, asandan çətinə düzülmüş.

Bu, bir aylıq tapşırıq siyahısı deyil — mərhələ xəritəsidir. Hər mərhələdə üç-dörd seçim əsas kimi işarələnir; qalanı həmin istiqaməti dərinləşdirmək üçündür. Ayda bir kitab oxuyursansa, əsasları izlə. Daha sürətli gedirsənsə, xəritə səndən qabaqda olacaq.

Ardıcıllıq bəllidir. Sürət səninkidir.

Sən heç vaxt «indi nə oxuyum?» sualının qarşısında qalmırsan.

Bir ildən sonra

  • «Nə oxuyum?» demirsən — qarşıdakı kitab bəllidir.
  • «Bundan sonra nə?» demirsən — növbəti mərhələ bəllidir.
  • «Bu kitab mənə nə verəcək?» demirsən — hər seçimin yanında cavabı var.
  • İnkişaf etmək istəyini hər həftə yenidən planlamağa məcbur olmursan.

«Bunu ChatGPT ilə də edə bilərəm»

Bəli, edə bilərsən. İstəsən prompt da verərəm.

Amma məsələ budur:

  • AI sənin 250 kitablıq tarixçəni açıb təmizləməyəcək.
  • Hansı kitabı niyə yarımçıq qoyduğunu səninlə müzakirə etməyəcək.
  • Zövqünü, məqsədini və məhdudiyyətlərini iki saatlıq canlı söhbətdə araşdırmayacaq.

Sən AI-dan cavab alırsan. Burada isə qərarı mən verirəm və onun arxasında dayanıram.

«Özüm də qura bilərəm»

Qura bilərsən. Sual bacarıqda deyil.

Öz oxu tarixçəni kənardan görmək çətindir — çünki içindəsən. Hansı kitabı niyə yarımçıq qoyduğunu, hansı mövzunun sənə təkrar-təkrar qayıtdığını adətən sahibi yox, kənar adam görür.

İkincisi: bunu bir dəfə oturub sona qədər etmək lazımdır. Burada iş 10–14 gündə bitir və nəticə əlində çap olunmuş halda qalır — açıb bağladığın fayl kimi yox.

Kimə uyğundur, kimə yox

Uyğundur

  • 28–45 yaş, karyeran və ya öz işin var
  • Pulun var, vaxtın və sistemin yoxdur
  • Dönüş anındasan: yeni iş, yeni istiqamət
  • Çox oxuyursan, amma faydasını görmürsən
  • Öz inkişafına pul xərcləməyi normal sayırsan

Uyğun deyil, əgər deyirsənsə:

  • Mənə sadəcə 30 məşhur kitabın adı göndərilsin.
  • Kitabları seç, amma niyə seçdiyini bilməyə ehtiyacım yoxdur.
  • Heç nə dəyişmədən sadəcə motivasiya almaq istəyirəm.
  • İki saatlıq görüşə vaxt ayıra bilmirəm.

Əgər sənin problemin kitab tapmaqdırsa, bunu alma. Əgər problemin düzgün kitabı seçmək və ardıcıllığı qurmaqdırsa, danışaq.

450 AZN əslində nəyə görədir?

Pul vermədiyin şeylər

  • 30 kitabın siyahısına
  • 30 filmin siyahısına

Pul verdiyin şeylər

  • iki saatlıq fərdi analizə
  • oxu və izləmə tarixçənin təmizlənməsinə
  • 60 seçimin kurasiyasına
  • 60 fərdi izaha
  • dörd mərhələli struktura
  • seçim yükünün səndən götürülməsinə

299 AZN

İlk 3 nəfər üçün

Bu endirim deyil. İlk üç nəfərlə sistemi real istifadə üzərində qurmaq üçün giriş qiymətidir. Standart qiymət 450 AZN.

Qiymətə daxildir: iki saatlıq görüş, kurasiya, 60 izah, iki cildin dizaynı, çapı və Azərbaycan daxilində çatdırılması.

Qiymətə daxil deyil: kitabların özünün alınması, sonrakı sessiyalar və izləmə, rəqəmsal nüsxə.

Kitabları sən alırsan — və bu, 450 AZN-nin üstünə birdən gələn məbləğ deyil. Xərc mərhələlərə yayılır, hər mərhələdə üç-dörd əsas seçim var, qalanını almaq məcburiyyəti yoxdur. Hər seçimin yanında hansı dildə və hansı nəşrin real tapıldığını yazıram — tapılmayan kitab tövsiyəsi dəyərsizdir.

Rəqəmsal nüsxə yoxdur, çünki bu sənəd çap üçün qurulub: qeyd sahələri, əl ilə doldurulan hissələr. Ekranda mənası qalmır.

Risk sənin üzərində deyil

Çapdan əvvəl 60 başlığın siyahısını sənə göndərirəm. Artıq oxuduğun və ya izlədiyin varsa — dəyişdiririk. Yalnız sənin təsdiqindən sonra çapa gedir.

Kitablar əlinə keçəndən sonra da iki seçimi səbəbsiz dəyişdirmək hüququn var — sadəcə deyirsən, əvəzini qururam.

Bir şeyi əvvəldən deyim: bu xidmət hamı üçün deyil. 15 dəqiqəlik söhbətdə sənə uyğun olmadığını görsəm, bunu pul ödəməmişdən əvvəl özüm deyəcəyəm.

Mənə uyğundur?

Beş sual. Cavabları heç yerə göndərmir — nəticəni özün görürsən.

Son bir ildə heç olmasa bir neçə kitab oxumusan?

Hədəfin var, amma hansı biliyin ona xidmət etdiyini bilmirsən?

Öz inkişafına pul xərcləmisən — kurs, kitab, məşqçi?

İki saatını bir söhbətə ayıra bilərsən?

Kitabın niyə məhz sənə seçildiyini bilmək sənin üçün vacibdir?

Kim hazırlayır

Müzəffər Paşazadə

Mən Müzəffər Paşazadəyəm. On il əvvəl öz kitablarımı yazıb nəşr etdirmişəm, gündəlik işim proqram yazmaqdır. Uzun illərdir eyni şeyi edirəm: öyrəndiyimi sistemə çevirirəm.

İndiyə qədər 400-ə yaxın kitab bitirmişəm. Həftəlik oxu bülleteni TƏKAN-ı da mən yazıram.

Bu xidmətdə mənim işim sənə kitab tövsiyə etmək deyil. Sənin növbəti mərhələni düşünmək yükünü səndən götürməkdir.

Birbaşa əlaqə: salam@muzafferus.az · @muzafferus

Tez-tez verilən suallar

Ödənişi necə edirəm?

15 dəqiqəlik görüşdən sonra, uyğun olduğumuza qərar versək, kart məlumatını sənə göndərirəm. Köçürməni edirsən, təsdiqini göndərirsən. Mən də sənə yazılı təsdiq göndərirəm: nə daxildir, nə daxil deyil, müddət və zəmanət şərti. Sonra iki saatlıq kəşf görüşünün tarixi təyin olunur. Saytda onlayn ödəniş sistemi yoxdur.

Vaxtım yoxdur.

Plan məhz vaxtı olmayan adam üçün qurulub. Ardıcıllıq əvvəlcədən bəllidir, hər mərhələdə bir neçə əsas seçim var, qalanı ehtiyatdır. Sən hər həftə «nə oxuyum?» sualına vaxt sərf etmirsən.

30 kitabın hamısını oxumalıyam?

Xeyr — və bu, qəsdəndir. 30 kitab dörd mərhələlik xəritədir, tapşırıq siyahısı deyil. Hər mərhələdə əsas seçimlər işarələnir; qalanı həmin istiqaməti dərinləşdirmək istəyəndə hazır durur. Ayda bir kitab oxuyan da, üç kitab oxuyan da eyni xəritədən istifadə edir — sadəcə fərqli sürətlə.

Kitabları kim alır?

Sən alırsan — kitabların pulu qiymətə daxil deyil. Xərc mərhələlərə yayılır, hər mərhələdə üç-dörd əsas seçim var, hamısını almaq şərt deyil. Hər seçimin yanında hansı dildə və hansı nəşrin real tapıldığını yazıram.

Bakıda deyiləm.

Görüş onlayn keçirilir. Çap olunmuş cildləri Azərbaycanın istənilən yerinə pulsuz çatdırıram — çatdırılma qiymətə daxildir.

Sonra nə olacaq?

Heç nə — və bu, qəsdəndir. Cildlər səndə qalır, abunə və davamlı öhdəlik yoxdur.

Oxumağı sevmirəm.

Onda bu xidmət sənin üçün deyil. Dürüst deyirəm ki, hər ikimiz vaxt itirməyək.

Sualım var, necə əlaqə saxlayım?

Instagram-dan yaz — @muzafferus. Mesajlara 24 saat içində cavab verirəm.

İlk üç nəfərdən biri ol

Təqvimdən sənə uyğun vaxtı seç, 15 dəqiqə danışaq. Uyğun deyilsənsə, bunu sənə elə ilk söhbətdə deyəcəyəm — pul ödəməmişdən əvvəl.

15 dəqiqəlik görüş seç

İlk 3 nəfər üçün 299 AZN · standart qiymət 450 AZN

Əvvəlcə sualın var? Instagram-dan yaz — @muzafferus. Mesajlara 24 saat içində cavab verirəm.